Konkret bir şey axtarırsınız? Baxaq, görək, nə edə bilərik...

Searching…

Təəssüf ki, bizdə axtarışınıza uyğun gələn məzmun yoxdur.

  • Açar sözün yazılışını bir daha yoxlayın

  • Oxşar sözləri və ya başqa seçimləri sınayın

  • Daha ümumi olan açar söz daxil edin

Kolleksiyalarımız

Gəlin şəkərsiz qida və içkilərdən danışaq

1980-ci illərdən bəri ləzzətli bitki mənşəli məhsullarımızın hamısında şəkər miqdarının az olması üçün əlimizdən gələni edirik. İndi bizim artıq möhtəşəm Alpro Şəkərsiz qida və içkilərimiz var ki, onlarda heç şəkər yoxdur. Ura! Qaşıq-qaşıq bitki mənşəli faydaların gücünü təqdim edirik* və sağlam adətlərə həvəsləndiririk. Şəkəri azaltmaq üçün heç vaxt bundan daha asan yol olmayıb!

Bilməli olduğunuz əsas odur ki, şəkərsiz məhsullarımız olduqca xüsusidir
  • Tərkibində şəkər və dadlandırıcılar yoxdur

    Tərkibində şəkər və dadlandırıcılar yoxdur

    Tam olaraq bitki mənşəli dad, şəkər və əlavə edilmiş dadlandırıcı yoxdur. Xüsusi cəhd etmədən qida qəbulunuzu azaldın. Əla!

  • İstənilən yerdə, istənilən vaxt*

    İstənilən yerdə, istənilən vaxt*

    Bir stəkana, qəhvənizin və çayınızın üzərinə süzün, taxıl tərkibli qidanın üzərinə tökün. Şəkərsiz kolleksiyamızda xeyli seçim var!

    *Kalsium mənbəyi. Sümüklərin möhkəm olması üçün kalsium lazımdır. Sağlam qalmaq üçün müxtəlif və tarazlanmış pəhriz və sağlam həyat tərzi tövsiyə olunur.
  • Həyat kifayət qədər şirindir!

    Həyat kifayət qədər şirindir!

    Meyvələr və şirələr bu qədər ləzzətli şirin olduqda şəkər kimə lazımdır? Sadə Şəkərsiz məhsullarımız dadlı qəlyanaltılar və reseptlər üçün mükəmməldir.

Digər Şəkərsiz məhsullarını araşdırın

Daha çox məhsul
Şəkərsiz məhsullarımızla bağlı sualınız var?
  • Alpro-nun missiyası məhsullarımıza mümkün qədər az şəkər əlavə etməkdir. Biz meyvələr, qoz-fındıq və kokos kimi onsuz da kifayət qədər şirin olan bitki mənşəli inqrediyentlərdən ləzzətli qidalar və içkilər hazırladığımıza inanırıq. Sizə tərkibində müxtəlif miqdarda şəkər olan qida və içkilərin geniş seçimini təqdim edirik. Burada hamı üçün bir şey var. Şirinləşdirilməmiş məhsullar və az şəkərli məhsullardan tutmuş azca şirinləşdirilmiş ləzzətli məhsullara qədər. Alpro üçün şirinləşdirilməmiş tərkibində şəkər və şirinləşdiricilər olmayan deməkdir.

    Əgər baza inqrediyent tamamilə şəkərsiz və ya az şəkərli olduğuna görə reseptin bir az şirinləşdirilməyə ehtiyacı varsa, lazımi dadı əldə etmək şərtilə mümkün qədər az əlavə edirik. Biz həmişə şəkər miqdarının bazardakı oxşar məhsullara nisbətən kifayət qədər az olmasını istəyirik.

    Təbiətən şirin olan məhsullar:

    • Ağ şəkər çuğunduru – qidanın daşınmasını azaltmaq üçün Avropada yetişdirilir.

    • Şəkər qamışı – Karib adalarından gəlir.

    • Qlukoza-fruktoza siropu – şəkər çuğunduru və ya qarğıdalıdan alınır.

    • Şirinləşdirici – yalnız stevia bitkisindən alınır. Biz heç vaxt süni şirinləşdiricilər istifadə etməyəcəyik.

  • Alpro tərkibində müxtəlif miqdarlarda şəkər olan qida və içkilərin geniş çeşidini təqdim edir - şirinləşdirilməmiş və az şəkərli məhsullardan tutmuş azca şirinləşdirilmiş ləzzətli məhsullara qədər.

    Biz fasiləsiz olaraq yeni inqrediyentlər və texnologiyaları sınamaqla reseptlərimizi test edirik və inkişaf etdiririk, bu isə məhsullarımızı dayanmadan yaxşılaşdırmağımıza imkan verir. Alpro silsiləsindən olan bir neçə məhsulun cəmi şəkər miqdarı artıq 15%-ə qədər azaldılıb. Alpro məhsullarında müqayisə edilə biləcək süd məhsullarına nisbətən az və ya eyni miqdarda şəkər mövcuddur.

  • Adətən soya qidalarında oxşar süd məhsullarına nisbətən daha az şəkər olur. Süd məhsullarında süd şəkəri olan laktoza mövcuddur, bu isə soya qidalarında yoxdur. 100 ml yarımyağlı süddə 5 qram laktoza mövcuddur. 100 ml dadlandırılmamış soya içkisində isə 2,5 qram şəkər mövcuddur. Dad cəhətdən güzəştə getməmək üçün mümkün qədər az miqdarda şəkər əlavə edilir. Beləcə soya qidalarının sağlam, balanslı pəhrizə uyğun gəldiyinə əmin oluruq.

  • Xeyr, onlar bədəndə eyni formada istifadə olunur. Qidada təbii olaraq mövcud olması və ya sonradan qidaya əlavə edilməsindən asılı olmayaraq bütün şəkər növləri eyni tərkib hissələrindən (şəkər molekulları) ibarətdir - bu, tək şəkər molekulu (monosaxaridlər - qlukoza, fruktoza və qalaktoza) və ya bir-birinə birləşmiş iki şəkər molekulu (disaxaridlər - saxaroza, laktoza və maltoza) ola bilər. Elə buna görə də əlavə edilmiş və ya təbii olmasından asılı olmayaraq bütün şəkərlər bədəndə eyni prosesdən keçir və eyni qədər kalori əldə olunur - şəkərin hər qramına 4 kkal.

  • Sağlam, balanslı pəhriz üçün məsləhət görülən istinad miqdarı (RI) gündəlik 90 qramdır. Bura qidaların tərkibində təbii olaraq mövcud olan şəkər, eləcə də qidaya əlavə olunmuş şəkər daxildir.

    RI dəyəri ortalama bir insanın sağlam, balanslı qidalanması üçün gündəlik qəbul edə biləcəyi şəkərin miqdarı üçün faydalı bir göstəricidir. Bu dəyər ortalama fiziki aktivliyi olan ortalama bir qadın əsasında hesablanıb. Ancaq RI dəyərləri hədəf kimi nəzərdə tutulmayıb. Faktiki tələblər hər bir insanın yaşı və fəaliyyət səviyyəsi kimi fərdi ünsürlərdən asılıdır.

Digər kolleksiyalarımızı araşdırın