İnqrediyentlərimiz
Gəlin fındıq barədə danışaq
Fındığın dadından doymaq mümkün deyil. Aralıq dənizinin günəş işığı altında yığılmış, dəymiş, dəyirmi və qızılı fındıqlar. Təbii olaraq dadlıdır və tərkibində doymuş yağlar azdır. Onu içkilərə qatırıq, onunla dondurma hazırlayırıq, ən dadlı desertlərdə şokoladla qarışdırırıq. Dələlərin fındıqlara qarşı belə qısqanc olması təəccüblü deyil.
Bilməli olduğunuz əsas məqam odur ki, fındıqlarımız olduqca xüsusidir
Qızardılmış dad
Fındıqlarımızı layiq olduğu şəkildə işləyib hazırlayırıq. Onların özünəməxsus zəngin, çərəz dadını ortaya çıxarmaq üçün yüngülcə qızardırıq.
Sizin üçün faydalıdır! *
Bütün fındıqlı içkilərimiz kalsium, D və B12 vitaminləri mənbəyidir. Beləliklə, bütün bunlardan sonra fındığı sevməmək mümkün deyil!
*Kalsium mənbəyi. Sümüklərin möhkəm olması üçün kalsium lazımdır. Sağlam qalmaq üçün çoxşaxəli, balanslı pəhriz və sağlam həyat tərzi tövsiyə olunur.Mətbəxə keçərək ləzzəti dadın
Bir anlıq qovrulmuş fındıq dadı ilə isti şokolad və ya sevimli qəhvəni gözünüzün qabağına gətirin. Mmmm. Kokteyllər, şirniyyatlar, şirin və ya dadlı fərq etməz - reseptlərinizə bir az fındıq dadı əlavə edin.