Homepage

FAQs

Sevdiyin Alpro məhsulu və ya dadlı inqridentlər haqqında daha çox şey öyrənmək istəyirsən? Afərin! Alpro haqqında daha ətraflı öyrənmək üçün axtar!

Popular search:

TƏRKİBİ

Alpro-nun missiyası məhsullarımıza mümkün qədər az şəkər əlavə etməkdir. Biz meyvələr, qoz-fındıq və kokos kimi onsuz da kifayət qədər şirin olan bitki mənşəli inqrediyentlərdən ləzzətli qidalar və içkilər hazırladığımıza inanırıq. Sizə tərkibində müxtəlif miqdarda şəkər olan qida və içkilərin geniş seçimini təqdim edirik. Burada hamı üçün bir şey var. Şirinləşdirilməmiş məhsullar və az şəkərli məhsullardan tutmuş azca şirinləşdirilmiş ləzzətli məhsullara qədər. Alpro üçün şirinləşdirilməmiş tərkibində şəkər və şirinləşdiricilər olmayan deməkdir.

Əgər baza inqrediyent tamamilə şəkərsiz və ya az şəkərli olduğuna görə reseptin bir az şirinləşdirilməyə ehtiyacı varsa, lazımi dadı əldə etmək şərtilə mümkün qədər az əlavə edirik. Biz həmişə şəkər miqdarının bazardakı oxşar məhsullara nisbətən kifayət qədər az olmasını istəyirik.

Təbiətən şirin olan məhsullar:

  • Ağ şəkər çuğunduru – qidanın daşınmasını azaltmaq üçün Avropada yetişdirilir.

  • Şəkər qamışı – Karib adalarından gəlir.

  • Qlukoza-fruktoza siropu – şəkər çuğunduru və ya qarğıdalıdan alınır.

  • Şirinləşdirici – yalnız stevia bitkisindən alınır. Biz heç vaxt süni şirinləşdiricilər istifadə etməyəcəyik.

Gəlin, soyamızdan danışaq. Soya dənələrimizi işlərini planetimiz və insanların qayğısına qalacaq şəkildə görən - bu sizə də aiddir - fermerlərdən əldə edirik.

Soyamızı bu qədər sevməyimizin bir neçə səbəbi var:

  • Soyamızın heç bir dənəsi Amazon və ya digər rütubətli meşələrdə yetişdirilməyib.

  • Soyamız GMO deyil

  • Orqanik soyamızın 100%-i, ənənəvi soyamızın isə çox hissəsi Avropada (əsasən Fransada) yetişdirilib.

  • Qalanını isə Kanadadan gətiririk. Karbon ayaq izimizi azaltmaq üçün onları Atlantik okeanının bu tərəfinə gəmi ilə daşıyırıq. Təyyarə olmadan + daha az yol qət edilir = daha az CO2!

Biz həmçinin soya paxlalarını əkin dövriyyəsində saxlamaqla azotun torpaqda qalması yolu ilə gübrəyə ehtiyacın azaldılması kimi əlverişli fermerlik davranışlarını təşviq etmək üçün fermerlərlə işləyirik. Üstəlik, bütün dənələrimizin keçdiyi prosesi toxumdan süfrəyə qədər izləmək mümkündür. Sistemimiz Food Chain ID adlanan müstəqil təşkilatın ProTerra standartına əsasən audit prosesindən keçib və sertifikatlaşdırılıb, bütün dənələrin haradan gəldiyini bilirik. Yəni könül rahatlığı ilə soyadan zövq ala bilərsiniz!

Badamın suya tələbatının çox olduğunu bilirik . Buna görə də İspaniya və İtaliyada onların əsasən yağış suyu ilə suvarıldığını öyrəndikdən sonra onları ancaq həmin ölkələrdən gətirməyə qərar verdik.

Biz həmçinin ağacların arasındakı bitkilər, gölməçələr və canlı çəpərlərlə əraziyə vəhşi həyatı yenidən cəlb edərək biomüxtəlifliyi qorumaq üçün bir neçə fermerlə işləyirik. Hansı heyvanların gələcəyini görmək üçün səbirsizlənirik!

Gəlin, arıları da unutmayaq. Axı onlar qida bitkilərinin tozlanmasında ən böyük rolu oynamaqla dünya əhalisinin qidalanmasına kömək edir. Tozlandırıcı yönümlü məhsullar və istehsal sistemlərini tanımaq və təşviq etmək, eləcə də 2025-ci ilə qədər bütün badamlarımıza tətbiq etmək üçün təchizatçılarımız və xarici ekspertlərlə əməkdaşlıq edirik.

Xeyr. Biz soya dənələrimizi əsasən Fransa olmaqla illərlə soyanın yetişdirildiyi və onun əkin dövriyyəsinə daxil edildiyi ölkələrdəki fermalardan alırıq. Bu fermaların heç biri yenidən cəlb edilmiş və ya meşəsizləşdirilmiş torpaqlarda yerləşmir. Əvvəllər soyamızı Braziliyadan əldə etdiyimiz vaxtlarda belə onları rütubətli meşələrdən və ya meşəsizləşdirilmiş ərazilərdən əldə etməmişik, eləcə də soya paxlalarının ətraf-mühit və insanlara hörmətlə yetişdirilməsi, xammalın və kənd təsərrüfatı məhsullarının məsuliyyətlə istifadəsini təmin edən Bazel kriteriyamızdakı ciddi davranış qaydalarına əməl etmişik. Biz ancaq birbaşa əlaqəmiz olan fermerlərdən alırıq, bunu isə heç vaxt açıq bazarda etmirik ki, soya paxlasını məhsul yığımından hazır son məhsula qədər tam izləmək üçün bir sistem mövcud olsun.

İsoflavonlar təbii olaraq soya lobyasında olur və bu səbəbdən soya məhsullarında olur. İsoflavon səviyyələri soya paxlası növü, məhsul ili, becərmə metodu və iqlim kimi amillərə görə dəyişir. Soya məhsullarımızdakı izoflavonların miqdarı ortalama 10 mq / 100 qr.

CAN'T FIND
WHAT YOU'RE
LOOKING FOR?

Müştəri xidmətimiz kömək etmək üçün buradadır. Formadan istifadə edərək bizimlə əlaqə saxla və 48 saat ərzində cavab verəcəyik.